19:41 12 İyul 2018
144 dəfə oxunub
Çap versiyası
...

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq.

Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət 13 iyul tarixində səhər saatlarından məhdudlaşdırılacaq.

 

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-09-2018
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
6.5905 san