08:59 13 İyul 2018
Çap versiyası
...

Kolorado ştatında (ABŞ) məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 20-dək uşaq xəsarət alıb. Bu barədə “Denver Post” qəzeti məlumat yayıb.

Strategiya.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ştatın patrul xidmətinin məlumatına görə, sürücüsü yatan yük maşını Hadson şəhərində avtobusa çırpılıb. İçində 35 nəfərin olduğu avtobus yoldan çıxaraq aşıb. Sərnişinlərin hamısı avtobusdan çıxa bilib. Yol-nəqliyyat hadisəsi nəticəsində 19 uşaq və yük maşınında olan üç nəfər xəsarət alıb. Xəsarətlərin heç biri həyat üçün təhlükəli deyil.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5179 san