09:33 14 İyul 2018
565 dəfə oxunub
Çap versiyası
...

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyununda dövlət başçıları ilə yanaşı, bir çox xarici nümayəndə heyətlərinin rəhbərləri də iştirak edəcək.

 Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov mundialın finalında 15 dövlət başçısının iştirakının gözlənildiyini deyib: "Müxtəlif ölkələrin başçıları, bir neçə nazir və digər yüksək vəzifəli nümayəndələr final matçında iştirak edəcək".

Rusiya prezidenti Vladimir Putinin final oyunu zamanı Xorvatiya və Fransa prezidentləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-in finalında Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. İyulun 15-də "Lujniki" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6532 san