13:40 27 May 2013
139241 dəfə oxunub
Çap versiyası
Azər Şükürov
Moskva Dağ-Mədən İnstitutunun məzunu, "Azinterpartlayış-X" MMC-nin baş direktoru

 Qloballaşan dünyamızda dağ-mədən sənayesi hazırda aparıcı sahələrdən birinə çevrilmişdir. Bu sahənin aparıcı qolu olan metallurgiyanın Azərbaycanda qədim ənənələri olmuşdur. Ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammaldan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətləri və bəzək əşyalarının tapılması bu ərazidə hələ eramızdan əvvəl dağ-mədən işlərinin aparılmasına dəlalət edir.  Buna görə də haqlı olaraq Azərbaycan qədim metallurgiyanın beşiklərindən biri hesab olunur. Mənbələrə əsasən burada orta əsrlərdə qızıl, mis və  qurğuşun istehsal olunmuşdur.  Dağ-mədən işləri aparılmasının sonrakı mərhələsi  XIX əsrin ikinci yarısına təsadüf edir.  

      

 Qeyd etmək yerinə düşər ki, 1941-45-ci illərdə keçmiş SSRİ-də müdafiə sənayesi üçün hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.  

  1950-ci ildə Zaqafqaziya metallurgiya sənayesinin xammal bazası olan Daşkəsən dəmir filizi yatağı istifadəyə verilmiş və sonradan Daşkəsən filiz rayonunda daha iki iri filiz yatağı kəşf edilmişdir. Bu filiz yatağının ehtiyatları Zaqafqaziya metallurgiya sənayesini uzun illər ərzində xammalla təmin etmiş və həmin yataqların qalıq ehtiyatları bu gun Azərbaycan metallurgiya sənayesini onilliklər ərzində xammalla təmin etmək iqtidarına malikdir.

    Hesab edirəm ki, milli maraqlar zəminində mineral-xammal bazasından ölkə daxilində maksimum və ətraf mühitə zərər vurmadan səmərəli istifadə edilməli və ilk növbədə ölkəyə gərəkli olan mineral-xammal mənbələri istehsala cəlb olunmalıdır.

     Bununla bərabər mineral-xammal sərvətlərinin çıxarılması və emalı Azərbaycan dövlətinin ciddi nəzarəti altında aparılmalıdır.

   Ölkənin mineral sərvətlərindən səmərəli istifadə olunması üçün xammalın çıxarılmasından son məhsulun istehsalına qədər texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaq mümkündür.

    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İ.Əliyevin çıxışlarında qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial və bazar instrakturu şəbəkəsi yaradılması prioritet hesab olunur.

        Dünya metallurgiya sənayesinin hazırki vəziyyətinə nəzər salsaq bu sahədə yeni bir eranın başlamasını müşahidə etmiş olarıq. Dünya sənayesində qara, əlvan və nadir metallara olan təlabat artmaqdadır. Təlabat isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan təlabat ilk növbədə Çində avtomobilqayırma, gəmiqayırma və infrastrukturaya günbəgün artan xammal təlabatı ilə  müəyyən olunur. Məhz Çində metallara olan təlabat dünyada metalların qiymətinin sıçrayışına səbəb olmuşdur.

1991-ci ildə SSRİ-nin birdən- birə  çökməsi metala olan təlabatla təklif arasında olan həzin müvazinəti pozdu. 1990-cı ildə Rusiya  və Ukrayna birlikdə 70 mln ton polad əridirdilər. Artıq 1992-ci ildə bu rəqəm dəfələrlə aşağı düşdü.

2002-ci ildən qlobal metallurgiya Çinə rəğmən modernləşməyə başladı və artım tempi ildə 7-8 %-ə qədər çatdı.

2010-cu ildə qlobal metallurgiya bazası böhrandan çıxdı. Dünyada polad istehsalı 1,41 mlrd ton olmaqla rekord səviyyəyə çatdı. Bu 2009-cu illə müqayisədə 15% artıq idi.

1990-cı illərin sonlarından qlobal metallurgiyada uğurlu rekonstruksiya işləri aparılmağa başlanıldı. Buraya:

1.     Aktivlərin toplanmasının sürətlənməsi,

2.     Ziyanla işləyən dövlət aktivlərinin özəlləşdirilməsi,

3.     Metallurgiya şirkətlərinin bir çoxunun yüksək texnologiyalı məhsul istehsalına yönəldilməsi,

4.     Metallurgiya sahəsinin modernləşdirilməsi aid edilir.

            Sonuncuya  əsasən Çin və Hindistan  aiddir.

          Aparılan tədbirlər nəticəsində metallurgiya sənayesi əvvəllər heç zaman çatmadığı   artımı əldə etmiş oldu.   

Son illərdə qlobal metallurgiyada əvvəllər istifadə olunmayan imkanlar səfərbər olundu. Çindən başqa qlobal metallurgiya bazasının əsas oyunçuları Hindistan, Braziliya və Rusiyadır. Hindistan əsas liderlərdən olmaqla yaxşı perepektivləri olan ölkə sayılır.

Yaxın perespektivdə Brazilya Qərbi Avropa və ABŞ-a metal və metalluruji yarımfabriqatların göndəricisi olaraq qalacaqdır. Eyni zamanda onun digər Latın Amerikası ölkələrinə eksportu da güclənməkdədir. Braziliyada metallurgiyanın inkişafının əsas səbəblərdən biri də onun daxili ehtiyatında yüksək keyfiyyətli dəmir filizlərinin olması, enerjiyə olan tələbatın nisbətən az olması və ucuz işçi quvvəsinin olmasındadır.

Metallurgiya bazasınin inkişaf etdirilməsi ücün Rusiyanın da perspektiv imkanları vardır. Lakin, bu sahədə olan texnologiyaların modernləşdirilməsi zərurəti mövcuddur. Metallurgiya neft və qazdan sonra Rusiya iqtisadiyyatında əhəmiyyətinə görə ikinci yer tutur.

Hesab edirik ki, Azərbaycanımız da yaxın zamanlarda inkişaf etmiş, modern metallurgiya sahəsinə nalik olacaq və o bölgədə daha qüdrətli bir dövlətə çevriləcəkdir.

Sonda   metallurgiya sahəsinin inkişaf yollarında qarşıya çıxa biləcək bəzi problemlər və onların həlli yolları ilə bağlı fikirlərimi bildirmək istərdim.

Rəhbərlik etdiyim "Azinterpartlayış-X" MMC dağ-mədən sənayesinin çox önəmli sahələrindən biri olan qazma-partlayış işlərini həyata keçirir. Bu işlər dünyanın ən inkişaf etmiş ölkələrindən gətirilmiş partladıcı maddələr, müasir və modern qazma avadanlıqları ilə həyata keçirilir. Belə ki, partladıcı maddələr Avstraliyanın "ORİKA" Şirkətinin, texnika və avadanlıqlar Yaponiya, İsveç və Almaniya istehsalıdır.

Əgər nəzərə alsaq ki, respublikamızda dağ- mədən sənayesi sürətlə inkişaf edir və bu sahədə yaxın illərdə sıçrayış gözlənilir, o zaman partladıcı maddələrin və partlayış vasitələrinin idxalında ciddi problemlərin yaranacağı qaçılmaz olacaqdır. Tək bir rəqəmi xatırlatmaq istərdim. Daşkəsən dəmir yatağında üst açma işlərinin aparılmasına tək bir dəfəyə 400 ton partladıcı maddə sərf olunmuşdur. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, bu işlərin aparılmasına ildə orta hesabla 10-15 min ton partladıcı maddə tələb olunacaqdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm  ki, metallurgiya sahəsinin davamlı, stabil inkişafına nail olmaq üçün Respublikamızda partladıcı maddələr istehsal edən müəssisənin yaradılmasına kəskin ehtiyac vardır.


 
 

Müəllifin digər yazıları


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2017
18-08-2017
18.08.2017 Sabahın havası
17-08-2017
17.08.2017 Qatil tutuldu
17.08.2017 Bakıda yanğın
16-08-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4842 san