09:49 15 İyul 2018
165 dəfə oxunub
Çap versiyası
...

Parisdə Fransa Respublikasının milli bayramı və “Diplomatik məktub” (La Lettre Diplomatique) jurnalının 30 illik yubileyi münasibətilə “Diplomatic Garden Party” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ölkənin “Diplomatik məktub” (La Lettre Diplomatique) jurnalının rəhbəri Didye Vidal tərəfindən ənənəvi olaraq hər il keçirilən bu ilki tədbirdə Azərbaycan fəxri qonaq qismində iştirak edib və Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi təqdim olunub.

D.Vidal tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib və Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov əvvəlcə fransızları Fransa Respublikasının milli bayramı münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin bayram edilməsindən, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmiz üçün ideoloji miras qoyan nümunəvi respublika olmasından söz açıb. Xalq Cümhuriyyətinin uğurlarından, həyata keçirdiyi islahatlardan, müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olmasından danışıb. Onun daxili və xarici siyasətinin humanizm, dünyəvilik, azadlıq və qanun qarşısında hamının bərabərliyi prinsiplərinə əsaslandığını diqqətə çatdırıb.

Son illər Azərbaycanın qazandığı uğurlardan bəhs edən A.Kərimov vurğulayıb ki, əldə olunan bu nailiyyətlərin təməlində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır.

A.Kərimov çıxışında Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

2018-ci il noyabr ayında Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyası tərəfindən Bakı “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibi seçiləcəyi təqdirdə bunun ölkəmiz üçün ikiqat bayram olacağını vurğulayıb. Qeyd edib ki, Ümumdünya Sərgisi texnoloji və sənaye yeniliklərini nümayiş etdirən beynəlxalq tədbirdir və bəşəriyyətə böyük tarixi miraslar qoyub.

Bildirib ki, Ümumdünya Sərgisinə ev sahibliyi edərək ölkəmiz bəşəriyyətin gələcəkdə üzləşdiyi hədəflər üzrə müzakirələrdə iştirak etmək istəyir. Diqqətə çatdırıb ki, “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusuna üstünlük verməklə Bakı müzakirələrin mərkəzinə insan amilini qoymaq və bütün ölkələri öz gələcəyi haqda düşünməyə dəvət etmək niyyətindədir.

Sonra tədbir iştirakçıları “Beynəlxalq münasibətlər şəhərciyi” adlı sərgi zalında Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyini təqdim etmək üçün xüsusi hazırlanmış stend ilə tanış olublar.

Azərbaycan stendində milli mətbəximizin təamları və ənənəvi rəqslərimiz təqdim olunub. Tədbirdə xüsusi təşkil olunmuş lotereya vasitəsilə Azərbaycana 2 nəfərlik səyahət bileti qazanılıb.

Fransanın tanınmış ictimai xadimləri, dövlət qurumlarının, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri tədbirdə iştirak ediblər.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:46 18.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7185 san