12:01 15 İyul 2018
164 dəfə oxunub
Çap versiyası
...

"İsrail Qəzza sektoruna zərbələrin intensivliyini ehtiyac olduğu qədər artırmağa hazırdır”.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

"Biz "Həmas”ın terror hücumlarına bizim reaksiyamızı lazım olduğu qədər genişləndirəcəyik. Əgər "Həmas” bizim müraciətimizi bu gün anlamasa, onu sabah anlayacaq”, - Netanyahunun mətbuat katibi Ofir Qendelman Qəzzadakı vəziyyətlə bağlı baş nazirinin bəyanatından sitat gətirib.

Qeyd edək ki, bu gün İsrail Qəzza sektorunda qaçqınlar düşərgəsində yerləşən çoxmərtəbəli binaya zərbə endirib.

"Ordu Qəzzanın şimal hissəsində qaçqınların düşərgəsində çoxmərtəbəli binaya zərbə vurdu. Bina rayonun mərkəzində "Həmas”ın təlim düşərgəsi idi”, - İsrail ordusunun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, binada yaşayan insanlar ordu tərəfindən hücum haqqında qabaqcadan xəbərdarlıq edilmişdi.

Bildirilir ki, binanın altında döyüş təlimləri üçün istifadə olunan təlim tuneli qazılmış və "Həmas” tərəfindən bütün Qəzza üzrə qazılan yeraltı tunellərin geniş şəbəkəsiylə birləşdirilmişdi.

"İctimai ehtiyaclar üçün nəzərdə tutulmuş bina "Həmas”ın təlim düşərgəsinə çevirilmişdi”, - İsrail ordusunun mətbuat xidməti qeyd edib.

"Anadolu” agentliyinin xəbərinə görə, zərbələr nəticəsində 2 fələstinli uşaq ölüb, 3 nəfər yaralanıb.

Daha əvvəl yayılna xəbərə görə, döyüşçülər Qəzzadan İsrail ərazisinə ən azı 55 raket və minaatan mərmisi buraxıblar. Hərbçilərin məlumatına görə, onlardan 10-u "Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən yaxalanıb. Raket və minaatan atəşləri nəticəsində zərərçəkənlər haqqında məlumat yoxdur.publika.az


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin onun toyuna getdi
18:43 18.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6756 san