11:52 16 İyul 2018
160 dəfə oxunub
Çap versiyası
...

Neftin qiyməti ABŞ və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqlamaları fonunda ucuzlaşır.

 ABŞ-ın tez bir zamanda öz strateji neft ehtiyatlarından istifadə edəcəyi bildirilir. Belə ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası bahalaşan benzin qiymətini sabitləşdirmək üçün 660 milyon barrellik strateji neft ehtiyatlarından istifadəni nəzərdən keçirir.

Bundan başqa, OPEC və müttəfiqlərinin neft hasilatını nəzərdə tutulandan daha çox artıra biləcəkləri açıqlanıb. Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, bazarda ehtiyac olduğu təqdirdə OPEC və tərəfdaşları keçən ay razılaşdıqları neft hasilatının gündəlik 1 milyon barreldən daha çox artıra bilərlər.

Xam neftin qiyməti ABŞ-ın İrana yenidən sanksiya tətbiq edəcəyini açıqlaması, Liviyada neft istehsalının kəskin azalması və bunun təklif riskinin artması ilə bağlı yaranan narahatlıqlar fonunda keçən ayın sonunda son 3 ilin maksimumuma çatmışdı. Lakin “qara qızıl”ın qiyməti ABŞ və Çin arasındakı ticari gərginliyin qlobal tələbata mənfi təsir etdiyi üçün yenidən azalmağa bağlaıyıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, OPEC-ə üzv Körfəz ölkələri bazardakı itkiləri kompensasiya etmək üçün daha çox neft hasil edə bilərlər.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 74,95 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 70,49 dollara alıcı axtarır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6543 san