17:52 16 İyul 2018
Çap versiyası
...

Avstriyanın Avropa İttifaqına (Aİ) sədrliyi çərçivəsində iyulun 12-13-də İnsbruk şəhərində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşləri keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclaslarda ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini İsmət Əliyev də olub.

Əvvəlcə bütün Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin iştirakı ilə birgə tədbir keçirilib, aktual mövzular üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Şərq Tərəfdaşlığı dövlətləri, Aİ-nin Şurasında ardıcıl sədrlik edən ölkələrin (Estoniya, Bolqarıstan, Avstriya və Rumıniya) nazirlərinin, habelə İttifaqın yüksək rəsmilərinin iştirakı ilə ayrıca birgə görüş təşkil olunub.

Görüşdə “Qanunun aliliyinin təşviqi və dürüstlüyünün stimullaşdırılması: məhkəmə və təhlükəsizlik orqanlarında korrupsiyaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirlərini, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və bütün layihələrin antikorrupsiya ekspertizasından keçirilməsini, məhkəmə sisteminin islahatını, o cümlədən hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimini vurğulayıb. Eyni zamanda, getdikcə səlahiyyətləri genişlənən Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti, o cümlədən korrupsiyanın qarşısının alınması üzrə tədbirlər, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi barədə məlumat verilib. Həmçinin Azərbaycanın brendi olan “ASAN xidmət”in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, antikorrupsiya treninqləri, o cümlədən ölkəmizin Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əməkdaşlığı vurğulanıb.

Bu məlumatlar görüş iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir edilib.

Səfər zamanı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirləri ilə işçi görüşlər keçirilərək, fikir və təcrübə mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.8384 san