21:15 16 İyul 2018
492 dəfə oxunub
Çap versiyası
...

Moskva və Vaşinqton arasında münasibətlər Helsinkidə keçirilmiş Rusiya-ABŞ sammitindən sonra kökündən dəyişdi.

Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına həsr olunan birgə mətbuat konfransında məlumat verib. O, Rusiya və ABŞ arasında dialoqun dünyanın maraqlarına cavab verdiyini söyləyib. ABŞ Prezidenti rusiyalı həmkarı ilə dialoqunu “çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, vaxtilə münasibətlərin pisləşməsində hər iki tərəf təqsirkar olub və səhvlərə yol verib. Bu cür dialoqa çoxdan başlamaq lazım idi.

Donald Tramp əlavə edib ki, Helsinki sammitini inkişaf etdirmək məqsədilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının və ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri tezliklə görüşəcəklər. Diskussiyaları davam etdirmək iki ölkənin marağındadır və görüşdə bu barədə razılıq əldə edilib. Gələcəkdə tez-tez görüşlər keçiriləcəyinə əminliyini bildirən ABŞ Prezidenti Helsinkidə müzakirə olunan problemlərin həll ediləcəyinə ümidvar olduğunu deyib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin onun toyuna getdi
18:43 18.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5336 san