11:08 17 İyul 2018
158 dəfə oxunub
Çap versiyası
...

Ziya Bünyadov prospektində avtomobil tunelində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra ( "Baku Steel Company”nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.
 
Bu məqsədlə tunelin üzü "Koroğlu” metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.
 
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6267 san