12:02 17 İyul 2018
Çap versiyası
...

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayres şəhərində baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək:

Oğlanlar

15 yaşa qədər: Şükürzadə Elvin (50 kq), Məmmədov Elşən, Həsənov Fuad (hər ikisi – 56 kq), Əliyev Murad, Nəbiyev Kamil (hər ikisi – 62 kq), Mamayev Yaşar (77 kq), Şükürlü Əli (85 kq), Quliyev Əli (94 kq). 

 

17 yaşa qədər: Cavadov Ömər (50 kq), Alxasov Sale (56 kq), Qasımov Rüstəm, Hüseynov Elməddin (hər ikisi – 62 kq), Əliyev Füqan (69 kq), Alxasov Əlimərdan, Baxışov İsmayıl (hər ikisi – 77 kq), Babayev Tarmenxan (85 kq).

Qızlar

15 yaşa qədər: Muxtarlı Günel (44 kq), Qarayeva Selcan (48 kq), İmanova Fazilə (53 kq), Mayılov Səma, Opanasyuk Anna (hər ikisi – 58 kq), Mirzəzadə Fidan (63 kq), Hüseynova Rahilə (69 kq).

17 yaşa qədər: Rzazadə Lalə (58 kq), Hüseynzadə Fidan (69 kq).


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.6494 san