17:30 17 İyul 2018
132 dəfə oxunub
Çap versiyası
...

İsrail hakimiyyəti iyulun 17-dən 22-dək Qəzza sektoruna qaz və yanacaq tədarükünün dayandırılmasına qərar verib.

Bu barədə Trend İsrailin "Yedioth Ahronoth" qəzetinə istinadən məlumat verir.

Belə bir addım HƏMAS-ın davamlı olaraq terror aktı törətmək cəhdləri ilə əlaqələndirilir.

 

Bu cəhdlərlə əlaqədar olaraq İsrailin müdafiə naziri Aviqdor Liberman "Kərəm-Şalom" nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verib. Dərman vasitələri və ərzaq məhsulları isə tədarük fərdi əsasda təsdiq olunduqdan sonra Qəzza sektoruna buraxılacaq.

Bundan başqa, İsrail Dövləti Qəzza sektoru üçün Aralıq dənizi sularında balıqçılq zonasını 6-dan 3 dəniz milinə qədər azaltmaq barədə qərar qəbul edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin onun toyuna getdi
18:43 18.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9474 san