08:52 23 İyul 2014
4057 dəfə oxunub
Çap versiyası

Qabil müəllim, sizin də işinizi bitirəcəyəm...

 Qabilin 2005-ci il noyabrın 30-da səhhəti pisləşir. Onu təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırırlar. Həkimi təcrübəli çıxır, həyatını xilas edir . Sonradan məlum olur ki, bu həkim Türkiyədə təhsil alıb, uzun müddət orda işləyib. Danışığında da ara-sıra türk sözləri işlədirmiş. Orda on günlük müalicədən  sonra Qabili evə yazırlar. Və tapşırırlar ki, iyirmi gündən sonra yenidən müayinəyə gəlsin.

Beləcə iyirmi gün keçir. Qabil oğlu Mahirlə gəlir xəstəxananın poliklinika şöbəsinə. Həkimin qapısını döyüb açır. İçəridə  xəstə olduğundan həkim tez qapıya çıxır:

-         Salam, Qabil müəllim.

-         Salam, həkim.

-         Maşallah , yaxşısınız. İndi içəridə xəstə var. Tez onun işini bitirim. Sonra  qəbul edib sizin də işinizi  bitirəcəyəm. – deyə osmanlı ləhcəsində cavab verir.

 

Süleyman müəllim, keç prezidiuma

 

Cabir Novruzun anası rəhmətə gedir. Qabil də gəlir başsağlığı verməyə. Məclisin yiyəsi Cabir Novruz olduğundan mağarın qapısının yanında oturubmuş. Qabil də başsağlığı verib oturur Cabirin yanında. Hüzürə gələnlər də həm Cabir Novruza, həm Qabilə başsağlığı verirmiş. Onlar da gələnlərə “keçin əyləşin”, çıxıb gedənlərə isə “Allah ölənlərinizə rəhmət eləsin” deyiblərmiş.

Gələnlər arasında görkəmli xalq şairimiz, o vaxt Azərbaycan SSR Ali Sovetin sədri Süleyman Rüstəm də olur. Yanında da indi görkəmli yazıçılarımızdan biri, o vaxt isə gənc yazıçı sayılan bir nəfər. İçəri girir, Cabir Novruza başsağlığı verir. Çox sadə insan olduğundan elə qapının ağzında – onların yanında əyləşmək istəyir. Bu dəm Qabil:

-         Yox, Süleyman müəllim, burda sənə oturmaq olmaz. Sən keç prezidiuma.

Süleyman Rüstəm Qabilin zarafatını qəbul edib baş tərəfə addımlayır. O vaxt çox perspektivli (zaman göstərdi ki, doğurdan da beləymiş. İndi böyük vəzifədədir) gənc yazıçı isə yerində duruxub qalır:

-         Sən niyə dayanmısan? Sən də keç prezidiuma. Süleyman öləndən sonra yerinə səni qoyacaqlar.

 

Meşədə tualet olar?

Xızıda Müşfiq Poeziya günləri keçirilir. Rəsmi hissədən sonra meşədə qonaqlıq təşkil olunur. Birdən Qabil Cabir Novruzun kiçik oğlu Müşfiqi yanına çağırır. Müşfiq də ənənəvi mehribanlığı və gülərüzlülüyü ilə tez Qabil əmisinə yaxınlaşır. Qabil də:

-         Müşfiq, qulağını bura gətir.

-         Eşidirəm, Qabil əmi.

-         Burda tualet hardadır? – deyə pıçıldayır

Demə bu sualı yanında oturan Cabir Novruz da eşidirmiş.

-         Ay Qabil, qəribə sual verirsən e uşağa.  Meşədə tualet olar?

 

İttifaq, sən Yüzbaşovu tanımırsan

Qocaman jurnalist İttifaq Mirzəbəyli Azərbaycan Radiosunda işləyərkən Qabili  verilişə çağırır. Lent yazısının hazırlanması zamanı Qabil radionun rejissoru, mərhum Nazim Yüzbaşova iki-üç dəfə Minbaşıyev deyir. Bunu görən İttifaq müəllim elə bilir ki, Qabil bilməyərəkdən belə deyir. Ona görə də imkan tapıb şairə yaxınlaşıb pıçıldayır ki, Minbaşıyev yox, Yüzbaşov. Qabil də cavabında "Sən hələ onu yaxşı tanımırsan, 900 başını birdən itirdin, gör, yaxşı tanısan, neyləyərdin".

 

 

"Ördəyə göl şəraiti, şairə çöl şəraiti"

Bir dəfə də - 1995-ci ilin yanvarında Mikayıl Müşfiqlə bağlı Xızıda tədbir olur. İttifaq Mizəbəyli şahidlik edir ki, tədbirin təşkilatçıları rəsmi hissədən sonra dağlar qoynunda, açıq səma altında çox zəngin bir süfrə açdılar. Sponsor Fikrət Sadıqla Qabilə yaxınlaşdı: "Bağışlayın ki, çöl şəraitidir". Qabil gülümsündü: "Ördəyə göl şəraiti, şairə çöl şəraiti". Sponsor yenə üzrxahlıq elədi: "Qonaqların hamısı şair deyil axı". Qabil yenə gülümsədi: "Müşfiqin ruhu onları bir az şair eləmişdi, indi sizin səxavətiniz hamısını tam şair edəcək". 

 

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5012 san