14:24 18 İyul 2018
2836 dəfə oxunub
Çap versiyası
Elman Nəsirov
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESOR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş terror aktlarının xarakterinə toxunaraq onların məhz dini şüarlar altında həyata keçirildiyini vurğulamış, bu addımları İslam dininə qarşı ən böyük cinayət adlandırmışdır. Dövlət başçısı xüsusi olaraq qeyd etmişdir ki, “İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir.” 
Həqiqətən də, multikulturalizmə həyat tərzi və adət-ənənə, dövlət siyasəti, ictimai sifariş, zənginliyimiz, gələcəyimizin təminatçısı və böyük məsuliyyət kimi yanaşan, ili eyni adla adlandıran, növbəti ili “islam həmrəyliyi” elan edən, İslam həmrəylik oyunlarını keçirən Azərbaycan Respublikasında dini zəmində və dini şüarlarla terror aktları törətmək üçün heç bir zəmin yoxdur. Eyni məntiqlə, Gəncədə terror aktları törədənlərin İslamla heç bir əlaqəsi yoxdur. Onlar sadəcə islamofob müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirirlər və əsas məqsədləri də Prezident İlham Əliyevin təbirincə desək, sabitliyimizi pozmaqdan ibarətdir. Eyni zamanda islam və terror arasında bərabərlik işarəsi qoyub, onların eyni mahiyyət kəsb etdiyini ictimai rəyə sırımaq istəyir, bütün dünyada islamofob qüvvələrin car çəkdikləri təhlükəli “İslam STOP!” şüarına haqq qazandırmağa çalışırlar. Bütün bu acı reallıqlar fonunda əslində terror və İslamın tam əks qütblər olduğu ilə bağlı təkzibedilməz həqiqətə bəzi mülahizələrimi əlavə edib, hörmətli oxucularımızla bölüşmək istəyirəm.
Terrorçuluq fəaliyyətini bir çox hallarda “İslam terrorizmi” kimi də qiymətləndirməyə cəhdlər göstərilir. Məsələyə belə yanaşıldıqda, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə “xristian müstəmləkəçiliyi” adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. Müsəlmanlar “Nyu-York göydələnlərini dağıtdılar” kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim “induslar Mahatma Qandini öldürdülər” və ya “yəhudilər İshaq Rabini qətlə yetirdilər” kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti C.Kennedinin öldürülməsində ittiham olunan Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi. 
Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam dininin mahiyyətində zorakılığa hüsn-rəğbət vardır. Əslində isə tanınmış Rusiyalı şərqşünas alim A.M.Xazanovun fikrincə desək, “terrorizm heç də müsəlmanların ixtirası deyildir. Xristian Avropanın tarixi eyni zamanda müsəlmanlara qarşı kütləvi qətllər və terror aktları ilə zəngindir. Səlib yürüşləri və Rekonkista müsəlmanların və iudeylərin zorən katolikliyə keçirilməsi, onların «müqəddəs inkvizisiyaya» və autodafeyə tuş gətirilməsi ilə müşaiyət olunmuşdur”. Bu bir həqiqətdir ki, terrorçunun dini və milli mənsubiyyəti olmur. Hitlerin başkəsənlərinin qayışlarının toqqasında “Allah bizimlədir”,- ifadəsi həkk olunmuşdu. Bunu əsas götürüb, “faşist xristian orduları” ifadəsi işlətmək olarmı? Əlbəttə, yox. Öz antimüsəlman mövqelərinə haqq qazandırmaq üçün “psevdoislamşünasların” ən çox müraciət etdiyi məsələ “cihad” termini ilə bağlıdır. Onlar səhvən və ya bilərəkdən “cihadı” “qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə” kimi yozmaqda davam edirlər. Bu isə, guya ki, müsəlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, hətta terrordan da belə bəhrələnməyə sövq edir.
Başqa sözlə, guya ki, “cihad” konsepsiyası terrorizmə haqq qazandırır. Əslində “cihad” hərfi mənasına görə “ən yüksək səy” deməkdir. İslam ideologiyasının təqdimatına görə, “cihad” İslamın yayılması və müdafiəsi uğrunda mübarizə deməkdir.
Amerikalı alim Tomas Lippmanın fikrincə, “cihad” sözü Məhəmməd peyğəmbərin öz ardıcılları üzərinə qoyduğu öhdəliyi-“dinin qorunmasını” əks etdirir. Həqiqətən də Quranın 2-ci surəsində (“İnək surəsi”) deyilir: “Allah qoyduğu yol naminə sizi öldürənləri öldürün, lakin ölçülərdən kənara çıxmayın, çünki Allah həddini aşanları sevmir”. Nəhayət, İslamı həddindən artıq döyüşkənlikdə və hərbə çağırışda ittiham edənlər ədalət naminə İisus Xristosun məşhur fikrini unutmamalıdırlar: “Düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm. Mən sülh yox, qılınc gətirdim”.
Bu yerdə “təməlçilik” məsələsinə də aydınlıq gətirmək lazımdır. Təəssüf ki, çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstrimizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik-dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər. Yeri gəlmişkən, o, ABŞ-da yaranmışdır. Belə ki, 1919-cu ildə pres-viterian, baptis və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaratmışlar]. Məqsədləri-inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olmuşdur. (Məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər).
İslam təməlçiləri nümayəndələri də (ərəbcə “əs-sələf-ayi”-“ulular”) öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır.
Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir.


Müəllifin digər yazıları

  1. TERRORÇULUQ VƏ İSLAM: ƏKS QÜTBLƏR
  2. SİYASİ QƏTLİN DİAQNOZU-TERROR!
  3. Prezident İlham Əliyevdən Gəncə şəhərində baş vermiş terror aktlarına dəqiq və obyektiv qiymət
  4. Ermənilər papaqlarını qarşılarına qoyub düşünsünlər. Əgər varsa...
  5. Zəmanəmizin lideri
  6. Qoy milli dönüklər unutmasınlar ki...
  7. AFRİN ƏMƏLİYYATI
  8. AZƏRBAYCAN-TÜRKİYƏ SİYASİ-DİPLOMATİK VƏ HƏRBİ-TƏHLÜKƏSİZLİK SAHƏLƏRİNDƏ ƏLAQƏLƏRİN QURULMASI VƏ İNKİŞAFI
  9. Azərbaycanın enerji təhlükəsizliyi siyasəti yeni mərhələdə
  10. Ermənistanın növbəti hərbi cinayəti cəzasızlıq sindromunun nəticəsidir
  11. ABŞ-da seçicilər olduqca qəliz və mürəkkəb bir seçim qarşısında qalıblar
  12. Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri
  13. Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri
  14. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələdə
  15. Elman Nəsirov: “Yeni mərhələdə Azərbaycan diktə edən tərəfdir”
  16. Elman Nəsirov: "Minsk qrupunun qətiyyət göstərməsinin vaxtı gəlib çatmışdır"
  17. ATƏT-in Minsk qrupu AŞPA-ya təzyiq yolunu tutmaqla 3 şeyi istəmədiyini ortaya qoydu
  18. Prezident İlham Əliyevin UNESCO forumunda proqram xarakterli çıxışı multikulturalizm və tolerantliq ideyalarının təntənəsidir
  19. Azərbaycanda geosiyasət elminin əsasını qoyan fundamental tədqiqat
  20. Azərbaycanda geosiyasət elminin əsasını qoyan fundamental tədqiqat
  21. Almaniya: “məhdud suverenlik” sindromu
  22. Elman Nəsirov: «Almaniyanın Azərbaycanı ittiham etməsi nonsensdir»
  23. I AVROPA OYUNLARI VƏ “AVRODEMOKRATİYA”
  24. BÜTÜN ÖLKƏLƏRİN MULTİKULTURALİSTLƏRİ, BİRLƏŞİN!
  25. QƏRB DEMOKRATİYASININ “ANATOMİYASI”
  26. 20 YANVAR FACİƏSİ VƏ YA SSRİ-NİN SONUNUN BAŞLANĞICI
  27. Ermənistan “transfert iynəsinə oturmuş” narkoman simasında
  28. 2015: QONDARMA “ERMƏNİ SOYQIRIMI” KAMPANİYASINA ABŞ-IN RESPUBLİKAÇI KONQRESİNDƏN HƏYƏCANLI SÜRPRİZ
  29. ATƏT-in MİNSK QRUPU “3+1” FORMATINA KEÇİR?
  30. 2015: Ermənistan minimum və maksimum planlar xülyasında
  31. Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment tətbiq oluna bilər
  32. ATƏT-in Mİnsk qrupunun son bəyanatı və ya “nə tökərsən aşına, o da çıxar qaşığına” məntiqi
  33. ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ PROBLEMİ
  34. PREZİDENT İLHAM ƏLİYEVİN AŞPA SESSİYASINDA PROQRAM XARAKTERLİ ÇIXIŞI AZƏRBAYCAN DİPLOMATİYASININ ZƏFƏRİDİR
  35. Elman Nəsirov: “Qərbin Ukraynaya dəstəyi, hələ ki, onların gözlədiyi səviyyədə deyil”
  36. Bir səfirin müsahibəsi və ya təhrifə ayna tutan mövqe
  37. İRANIN YAXIN İQTİSADİ TƏRƏFDAŞI: RUSİYA YOXSA ABŞ? VƏ YA AMERİKA SAHİBAKARLAR İNSTİTUTUNUN SENSASİON İDDİASI
  38. ABŞ İCTİMAİ FİKRİNDƏ İSRAİL OBRAZI VƏ ONUN FORMALAŞMASINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR
  39. ÜSƏMA BEN LADEN EPOXASININ SONU: HƏQİQƏT VƏ MÜƏMMALARLA ZƏNGİN 3 İL
  40. Ukrayna böhranı və ya ABŞ prezidentinin hərbi qüvvə tətbiqi praktikası
  41. Elman Nəsirov: "ABŞ özü İranla münasibətlərinə yenidən nəzər yetirir"
  42. AZƏRBAYCAN-İRAN DOSTLUĞU VƏ ERMƏNİSTANIN DEZİNFORMASİYA MAŞINI
  43. ERMƏNİSTAN “GÖYƏRÇİN” LİBASINDA MASA ARXASINDA
  44. “Beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur”
  45. ALBERT EYNŞTEYN MƏNTİQİ VƏ YA RƏCƏB TAYYİB ƏRDOĞANIN SİYASİ KƏŞFİ
  46. Corc Buş (oğul) Səddam Hüseyndən intiqam alırmış?
  47. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Həlli variantları
  48. BEYNƏLXALQ TERRORÇULUQ VƏ İSLAM: ƏKS QÜTBLƏR
  49. Elman Nəsirovdan Strategiya.az üçün çox maraqlı təhlil
  50. ABŞ seçki sistemi: demokratiyanın "erroziyası" ?-Analitika
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4351 san