19:45 19 İyul 2018
199 dəfə oxunub
Çap versiyası
...

"Liverpul"un zədəli futbolçusu Aleks Okslyed-Çemberleyn bu mövsümü buraxa bilər.

Bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, əməliyyat olan 24 yaşlı oyunçunun yaşıl meydanlara qayıtmağının uzun müddət çəkəcəyini deyib:

 

"Onun zədəsinin ciddi olduğunu "Roma" ilə görüşün növbəti günü öyrəndik. Amma mövsümün sonuna yaxın olduğu üçün bunu oyunçulara və ictimaiyyətə bildirmədik. Düzgün zamanı gözlədik. Onun əməliyyatı uğurlu keçdi və müalicəsi davam edir. Ancaq aramıza qayıtması uzun vaxt alacaq. Açığı, Çemberleyn bu mövsüm oynasa, bizim üçün böyük sürpriz olcaq".

Qeyd edək ki, Çemberleyn Çempionlar Liqasının yarımfinalında "Roma" ilə ilk matçda zədələnib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.653 san