14:46 19 İyul 2018
164 dəfə oxunub
Çap versiyası
...

Strateji təyinatlı raket qoşunları rəhbərliyi "Avanqard" hipersəsli raket komplekslərinin qəbul edilməsi üçün məntəqələri hazırlamağa başlayıb. Trend-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu tədbirlərin ölkənin hərbi təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bəyan edib.
 
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Rusiya müdafiə-sənaye kompleksi yenilənmiş "Avanqard" raketlərinin hazırlanmasını artıq başa çatdırıb.
 
Bildirilir ki, sənaye müəssisəsi artıq kompleksin seriyalı istehsalına başlayıb.
 
Qeyd olunur ki, yeni raket komplekslərinin qəbulu üçün Dombarovski rayonunda təşkilati və texniki işlər aparılır.
 
Müdafiə Nazirliyi onu da qeyd edib ki, yeni strateji silah sistemlərinin yaradılması Rusiyanın müdafiə gücünün artırılmasına, ölkə və onun müttəfiqlərinə qarşı hər hansı təcavüzün qarşısının alınmasına istiqamətlənib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9497 san