21:22 19 İyul 2018
637 dəfə oxunub
Çap versiyası
...

Rusiya, yoxsa Qərb? Bir əldə iki qarpız... Nikol Paşinyanın hiyləgər planı nədən ibarətdir?

 

Xezerxeber.az-ın məlumatına görə, lenta.ru saytının geniş yer ayırdığı məqalədə Paşinyanın Brüssel səfəri bir neçə aspektdə analiz olunur. Müəllif Konstantin Lyapunov ilk olaraq, Ermənistanın şantaj taktikasını qabardaraq qeyd edir ki, bu ölkə Rusiyanı qərblə, qərbi isə Rusiya ilə şantaj edir. Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olan ölkələr arasında bircə Ermənistan Brüsselə üz tutub.

 

Müəllif qeyd edir ki, Ermənistanın baş naziri başda olmaqla, bu ölkənin bütün hökuməti Avropaya qarmaq atır. Məqsəd sadə və aydındır: pul. Amma Ermənistan hökumətinin Qərbdən pul istəməsi ucuz və hörmətsiz addım idi.

 

Sayt Ermənistan hökumətinin vizit kart paylamaq və pul dilənməklə özünü Brüsseldə rüsvay etdiyini yazır. Qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ciddi cəhdlə Avropa İttifaqından 70-80 milyon avro pul almaq istəyib. Müəllif onu da bildirir ki, belə biabırçılıqdan sonra Paşinyanın nəinki Qərbin, heç Rusiyanın yanında da hörməti qalmayıb. Ermənistanın baş naziri ölkəsinin iqtisadiyyatını dirçəltməklə məşğul olmaqdansa, şantaj və dilənçilik yolunu tutub.

 

 


 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6475 san