11:53 20 İyul 2018
Çap versiyası
...

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilədən sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurova məxsus 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə B.Teymurovun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

 

Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları Hənifə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7856 ədəd çətənə kolunu yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
14:06 15.10/2018
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.8221 san