12:12 20 İyul 2018
145 dəfə oxunub
Çap versiyası
...

Misirdə Orta Şərqdə ən böyük neft-kimya kompleksi inşa olunacaq.
 Misirin "Carbon Holdings” neft şirkəti neft-kimya kompleksinin qurulmasına 10,9 milyard dollar sərmayə yatıracaq. "Carbon Holdings” bu ilin sonuna qədər zavodun maliyyələşdirilməsini tamamlayaraq 2019-cu ilin üçüncü rübündə Orta Şərqin ən böyük neft-kimya kompleksinin inşasına başlamağı planlaşdırır.
 
Süveyş Kanalı İqtisadi Zonasında inşa ediləcək neft-kimya kompleksi əsasən səhmlər və 5,4 milyard dollarlıq borc paketi ilə maliyyələşdiriləcək. Kompleks Misirin ilk nafta əsaslı etilen zavodu olacaq və ildə 1,5 milyon metrik ton etilen istehsal edəcək. Bundan başqa, kompleksdə ildə 925 min metrik ton polimer tozu, 250 min metrik ton butadien, 350 min metrik ton benzol və 130 min metrik ton qaz yağı istehsal olunacaq.
 
"Carbon Holdings” 2019-cu ildə həm Misir, həm də London birjalarında əməliyyatlar həyata keçirməyi planlaşdırır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7169 san