17:00 20 İyul 2018
443 dəfə oxunub
Çap versiyası
...

Arterial təzyiq sağlamlıq göstəriciləri arasında ən vacib olanlardan biridir. Həkimlər vaxtaşırı olaraq hamıya (xüsusilə 40 yaşdan sonra olan insanlara) təzyiqini ölçməyi tövsiyə edirlər.

Bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.

Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir.

Lakin təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.
 
Strategiya.az medicina.az-a istinadən təzyiqi düzgün ölçməyin qaydalarını araşdırıb:

1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.

2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək yemək və s. olmaz. Bu göstəricilərin daha yüksək olduğuna səbəb olur.
 
3. Təzyiqi ölçdükdən əvvəl 5 dəqiqə sakit oturun. Ölçülmədən əvvəl fizki işlə məşğul olan, pilləkənlə qalxan insanın təzyiqi daha yüksək olacaq.

 

4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat  qoymaq lazımdır. Qolun gərgin olması, "sallanması" zamanı təzyqin göstəriciləri daha yüksək  olur.

5. Paltarın qolunu mütləq qatlamaq lazımdır. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu təzyiqin səhv ölçülməsinə gətirib çıxardır.

6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz.

7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün. Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür.

Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu sizdə hipertoniyanın inkişafına işarə edə bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6904 san