14:20 20 İyul 2018
Çap versiyası
...

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.

Yeni idman növləri bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın “biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.

Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb.

BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-10-2018
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3,6092 san