16:12 20 İyul 2018
147 dəfə oxunub
Çap versiyası
...

Çin Dəmir Yolu Korporasiyası (China Railway Rolling Stock Corporation, CRRC) sualtı daşımaların həyata keçirilməsi üçün məsafədən idarə edilən yeni aparat təqdim edib. Robot kommersiya istifadəsi üçün hazırlanan ilk qurğudur.
Məsafədən idarə olunan digər sualtı aparatlar kimi, təqdim edilən model tədqiqat xilasetmə əməliyyatları, texniki baxış işlərinin aparılması, suyun dibindən əşyaların çıxarılması, eləcə də neft-qaz kompleksi işlərinin müşayiət edilməsi məqsədilə istifadə olunacaq.
 
"CRRC” nümayəndələrinin sözlərinə görə, yeni robot gücə görə mövcud analoqlarını üstələyir: aparata quraşdırılan mühərrikin gücü 250 at gücü təşkil edir ki, bu da "BMW X6” markalı avtomobilin gücünə bərabərdir. Çəkisi 5 ton olan qurğunun yükgötürmə qabiliyyəti 4 ton təşkil edir.
 
Bildirilir ki, yeni qurğu suyun 3 min metr dərinliyində real vaxt rejimində 1-3 metr görünmə şəraitində işləyə bilir.
 
Aparata, həmçinin, exolokasiya texnologiyası quraşdırılıb ki, bu da qurğuya suyun altında müxtəlif əşyaların olduğu yeri müəyyənləşdirməyə imkan verir. Qurğunun işinin dəqiqliyi millimetrlərlə ölçülür. Robot suyun dibindən iynə ölçüsündə əşyanı qaldıra bilir.
 
Sualtı daşımalar üçün məsafədən idarə edilən yeni aparatın kütləvi istehsalı nəzərdə tutulur.// "TASS 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0699 san