12:10 21 İyul 2018
172 dəfə oxunub
Çap versiyası
...

ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.
 
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 8 ədəd azalaraq 1046 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 96 ədəd çoxdur.
 
Ötən həftə ABŞ-dakı aktiv neft quyularının sayı 5 ədəd azalaraq 858 ədəd olub. Bu, ölkədəki neft quyularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 94 ədəd artıb.
 
Ölkədəki aktiv qaz quyularının sayı da 2 ədəd azalaraq 187 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 1 ədəd çoxdur.
 
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6628 san