16:39 21 İyul 2018
1623 dəfə oxunub
Çap versiyası
...

Arı sancan gənci əməliyyat masasında öldürən həkim Tağı Əliyevlə bağlı işə Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Ölüm işiylə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovdan ailə şikayət verib. Şikayətə Sabunçu Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu 25 iyul tarixində baxacaq.

Əməliyyat zamanı ölən Cavid İmanlının atası Filman Həsənov bildirib ki, hakim F.Əhmədovun faktı obyektiv araşdıracağlına və oğlunun ölümünə səbəb olan insanların məsuliyyətə cəlb edilməsinə nail olacağına inanmaq istəyir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.//Axar.az 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.701 san