20:04 21 İyul 2018
1733 dəfə oxunub
Çap versiyası
...

Ötən gün axşam saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospektində və Xətai rayonu Babək prospektinin bir hissəsində elektirk enerjisinin verilişində fasilə yaranıb.

 

''Azərişıq'' ASC-dən  verilən məlumata görə, buna səbəb Əhmədli qəsəbəsi ərazisində yüksək gerginlikli elektrik xətlərində baş verən qısa qapanma olub.

 

Məsələ ilə bağlı "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlının verdiyi məlumata görə isə, qısaqapanmanın hansı səbəbdən baş verdiyi bilinməsə də, artıq təmir işləri başa çatdırılıb və normal enerjinin verilişi bərpa edilib.

 

''Azərişıq'' ASC-nin sözçüsü Tanrıverdi Mustafayev deyir ki, qurumun əməkdaşları tərəfindən bütün qurğu və avadanlıqlara baxış keçirilib.

 

Qeyd edək ki, ötən gün Bakının 2 rayonuna elektirk enerjsinin verilməsində yaranan fasilə 20 dəqiqə davam edib.

 

 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6646 san