12:05 26 İyul 2018
1363 dəfə oxunub
Çap versiyası
...

Fuad Babayev,

Əməkdar jurnalist

Azərbaycan Sovet Ensiklopediyasının 31 il bundan əvvəl, 1987-ci ildə işıq üzü görmüş 10-cu cildində Lerik və Cəlilabad rayonlarındakı Xanəgah adlı kəndlər haqqında məqalələr var. Amma Quba rayonundakı  Xanəgah kəndi bu kitabda yada düşməyib. Özü də  ensiklopediyaçıların yadından çıxan təkcə Qubanın Xanəgahı deyil… Bildiyim qədər müxtəlif bölgələrdə daha bir neçə Xanəgah adlı kəndimiz var. Onlardan biri də İsmayıllı rayonundadır.

Ensiklopediya zaman keçdikcə köhnəlməyinə rəğmən uzun illər ərzində təkrar-təkrar müraciət olunan mənbələrdən sayılır. Və belə bir  mənbənin “hüdud”larından kənarda qalmaq ürəkaçan deyil.

Daha qorxulusu isə sadəcə olaraq unudulmaqdır.

Acı təcrübə göstərir ki, unutmağı yaxşı bacarırıq, üstəlik təkcə keçmişdə baş verənləri yox, elə gözümüzün  qabağında olan məsələləri də, lazım gələrsə  unuda bilirik.

Məsələn, Quba rayonunun haqqında Azərbaycan Sovet Ensiklopediyasında bəhs edilməyən Xanəgah kəndindəki məscid … unudulub.

Məscidin durumu haqqında ən düzgün məlumatı  bu yazının içində qərar tutmuş birinci şəkil verə bilər.

Məscidin unudulması  xoşagələn hal kimi dəyərləndilə bilməz.

Mərc gəlməyə hazıram ki, transformatorun, bəli, bəli, transformatorun da unudulması yaxşı hal deyil. Və elə də kiçik olmayan kəndin elektrik enerjisi ilə təchiz olunmasında həlledici rol oynayan transformatorun unudulmasını bu yazının ikinci şəkli sübuta yetirir.

Mən bu şəkli sosial şəbəkədə paylaşanda Xanəgah kəndinin ziyalılarından Mənsur Məmmədov adlı soydaşımız şərhində yazmışdlı: “ Bu transformatoru yıxılmamaq üçün illərdi şalbanlara bərkidilmiş məftillər saxlayıb. “ Mənsur müəllim həmçinin qeyd etmişdi ki, məftillər də bezib…

Məftillər də bezməyi bacardığı halda, biz unutmaqdan, özü də gözümüz görə-görə unutmaqdan bezmirik.

Unutmağı tərgitməyi sınamağa dəyər.

Məncə.

 

P.S. Hər iki şəkil cari ilin iyul ayında çəkilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0302 san