12:26 30 İyul 2018
1188 dəfə oxunub
Çap versiyası

 

Bəlli bir müddətdir ki, Polis Akademiyasını əlaçı bitirən kursantlara həm polis baş leytenantı rütbəsi verilir, həm də onlar harda qeydiyyatda olmalarından asılı olmayaraq təyinatları öz öhdələrinə buraxılır. İllərdir ki, akademiyanı əlaçı bitirənlərə hər birimiz şahidlik edirik.

İndi də "Onlar hardadı və hansı xidmətdədirlər" sorağı ilə Polis Akademiyasını baş leytenant, özü də əlaçı bitirənlərin axtarışına çıxdıq. "Axtaran tapar" deyiblər. Axtardıq və tapdıq. Özü də paytaxtda yox, regionlarda.

Əvvəlcə Şirvanda polisin fəaliyyətindən razılığını ifadə edən vətəndaş məktublarından söhbət açdıq. Sonra yeni ideya barədə şöbə rəisi, polis polkovniki Hikmət Quliyevə deyəndə, gülümsədi və "Elə bizim Elmardan başlasanız" deməyi bir çox mətləblərə aydınlıq gətirdi. Daha doğrusu, rəisin "bizim Elmar " ifadəsi yazımın qəhrəmanının hər kəs tərəfindən sevilməsinə bir işarə idi.

Mən onu akademiyadan tanıyırdım. İntizamı, tərbiyəsi ilə həmişə fərqlənirdi. Hətta haqqında danışanda müıllimlər onu gələcəyə kreativ fikirlərlə baxan müdavim kimi xarakterizə edirdilər. O, Şirvan RPŞ-nin İstintaq bölməsinin rəisidir, polis mayorudur.

Beləliklə, gəlin yaxından tanış olaq.

Elmar Elman oğlu Quliyev 1986-cı ildə Bakı şəhərində, müəllim ailəsində dünyaya gəlib. Polis olmaq arzusunu valideynləri dəstəkləyib. 2003-cü ildə sənədlərini DİN-in Polis Akademiyasına verib və qəbul olunub. "Akademiyada təhsil almaq çətindir" deyənlərin əndişəsini sonra anlayıb. Çünki burada yaxşı oxumaqla bərabər nizam-intizam, tələblərə riayət etmək də kursantdan tələb olunurdu.

O, gecəsini-gündüzünə qatıb və özündən əvvəl akademiyanı əla qiymətlərlə bitirənlərin davamçısı olmağa söz verir.

2008-ci ildə akademiyanı fərqlənmə diplomu ilə bitirənlərin, polis baş leytenantı rütbəsi alma sevincini yaşayanların içində o da vardı.

Xətai RPİ-də müstəntiq kimi xidmətə başladı. 2010-cu ildə xidmət yeri dəyişdirildi BŞBPİ-nin İstintaq İdarəsində xidmətini davam etdirdi. 2011-ci ildən başlayaraq BDYPİ-də istintaqçı kimi çətin tapşırıqların öhdəsindən gəldi. Beş il burda çalışdıqdan sonra ona göstərilən etimadı bu dəfə Nəsimi RPİ-də baş müstəntiq kimi doğrultmağa çalışdı.

O, zəhmətin qiymətləndirildiyinin, biliyin, bacarığın insana baş ucalığı gətirdiyinin şahidi idi. DİN rəhbərliyinin onu Şirvan RPŞ-yə İstintaq bölməsinin rəisi təyin etməsini böyük sevinclə qarşıladı.

On beş ildir ki, xidmətdədir. Bərkə-boşa düşüb, çətini də görüb, asanı da. Arxayınçılıq təbiətinə yaddır. Bölmə rəisi kimi bu ilin altı ayı ərzində gördüyü

işlərə də nəzər saldıq. Məlum oldu ki, müstəntiqlərin icraatında 168 cinayət işi olmuşdur. Onlardan 29-u ötən ildən qalmış, təhqiqat bölməsi tərəfindən 74 iş başlanmış, 13 iş şəhər prokurorluğundan, 7 iş işə digər polis orqanlarından daxil ölmüş, qalan işlər isə bu ilin müvafiq dövrü ərzində İstintaq orqanı tərəfindən başlanmışdır. Ümumilikdə 107 cinayət işinə nəticə verilmiş, 111 nəfər barəsində 94 iş tamamlanmış və ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir. Dörd şəxs barəsində 13 işə xitam verilmişdir, 6 iş istintaq aidiyyatı üzrə göndərilmiş., 3 iş digər işlərlə birləşdirilmişdir. Hesabat dövründə 15 işin icraatı dayandırılmışdır....

Elmar Quluyev vətəndaşa təhlükədən yaxın olan həmkarlarına bunları arzulayır: öz savadlarına, onlara olan ümidlərə, bir də insanlara inansınlar, insanlara hörmət etsinlər...


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8519 san