10:49 05 Avqust 2018
2791 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

 

 

 Xocalı soyqırımından sonra “Qarabağa məktub” adlı  çox təsirli şeir yazan Türk dünyasının nəhəng şairlərindən olan  Abdurrahim  Karakoçun şeirdə səsləndirdiyi və şeirin leytmotivinə çevrilən  bu fikirlər  türk dünyasının ortaq dərdlərini ifadə edir.  

Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin, ben karayazı
Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir
Sizdeki yaranın özü bizdedir

Xocalı soyqırımının ildönümündə bu şeirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən səslənməsi şeirə  və şairə olan marağı artırmaya bilməzdi. Türkiyə Prezidentinin Abdurrahim Karakoç Abi deyə müraciət etdiyi bu parlaq şəxsiyyət kimdir?

Abdurrahim Karakoç şəxsiyyətinin bütövlüyü yaratdığı poeziya nümunələrinin məna çalarlarına, poetik semantikasına,  mövzu zənginliyinə görə Türk dünyasında maraq doğuran şəxslərdən biridir. Şeirlərinin ana xəttini türkçülük və islam mövzusu təşkil edir.

Onun şəxsiyyətini xarakterizə etmək üçün təkcə bir fakta diqqəti çəkmək olar. Həyatı boyu heç kimi öyməyi sevməyən şair yalnız yaradıcılığı dövründə yalnız bir nəfərib - Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin şəxsiyyətini  öymüşdür.  Çeçenstanın milli lideri Dudayevin ölümünə həsr etdiyi şeirdə “Hüriyyətə könül vermiş aslandır” deyə Cövhər Dudayevə müraciət etmişdir.    

  

 Abdurrahim Karakoç  rəsmi bioqrafiyası belədir. 7 aprel  1932-ci il tarixdə Türkiyənin Qəhrəmanmaraş vilayətinin  Ekinözü (Cela) kəndində dünyaya gəlmişdir. Babası, atası, qardaşları şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstərmişdir. İki kitab həcmində ilk şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958 ildən etibarən yazdıqları şeirlərini  “Həsənə  məktublar” adı ilə toplamış, 1964-ci ildə 10.000 tirajla nəşr olunmuşdur.  “FEDAİ” nəşrniyyatda çap olunan kitab ən kısa zamanda geniş şöhrət qazandığından  2 dəfə yenidən 10 min tirajla cap edilmişdir. 1958-1981-ci illər ərzində yaşadığı qəsəbənin bələdiyyəsində  mühasib kimi fəaliyyət göstərmişdir.   

Serdengeçti, Töre-Devlet, Ocak, Yeni Düşünce, Yenisey, Alperen nəşriyyatları tərəfindən 12 şeir, həmçinin    məqalələr toplusundan ibarət  bir kitabı çap olunmuşdur. 1985-ci ildən sonra jurnalistika ilə məşğul olmağa başlamışdır. Kısa bir arada siyasətə qoşulan şair bunun səbəbini belə izah edib: “Allah rızası üçün girmişdim, Allah rızası üçün də ayrıldım!”   

30 ilə yaxın bir müddətdə həddindən artıq sevilən şair kitaplarının çapına görə hər kəsi geridə qoymuşdur. Xüsusi ilə “Vur Emri” adlı kitabı heç bir şairə nəsib olmayan səviyyədə populyarlıq və sevgi qazanmışdır. Həyatı  və yaradıcılığı ilə böyük bir örnək qoyan Abdurrahim Karakoç  doğulduğu gündə 7 aprel 2012-ci il tarixdə dünyasını dəyişmişdir

Öz dilində tərcümeyi-halını həyacansız oxumaq mümkün deyil.

Əbədi qudrətin tək sahibindən alınan əmr üzrə dünyaya gəlmişəm. Uşaqlığım kasıblıqla, imkansızlıqla keçsə də hələ də o günlərin həsrətini çəkirəm. Bəlkə də çox insanlara o illərdən danışsam “Həsrət çəkiləcək nəyi  var?”  deyə bilərlər, amma mən uşaqlıq illərimi çox sevdim.  Şeir yazmağa kiçik yaşlarımda başladım. Zatən bizim yerlərdə hər gənç şeir yazardı. Bəzən bu tutku başqa bir məşğuliyyətin olmamasından kaynaklandığını da düşünürəm. Mən də boşluğumu şeirlə doldurmağa çalışdım.  Mənimlə şer yazmağa başlayan insanların əksəriyyəti köməksizlikdən imkansızlıqdan batıb getdilər. 

Mənə gəlincə, sağ olsunlar, iqtidarların və muxalifətin irimiqyaslı siyasətçiləri, ixtilal xuntaçıları, , cübbeli “alimlər” peliler, intellektual zübbəlilər, millî soyğunçular, elitar parazitlər,  sərmayə sülükleri, zulüm-işgəncə istehsalçıları, ədaləti öldürən hüquqçular,   dalkavuklar, üçkağıtçılar v.s. həmişə mənə yardımçı oldular. Şeir malzememi verən   onlar, öfkemi bileyen onlar oldular. Kömək etdiklərini  inkar etmirəm,   fəqət təşəkkür də etmirəm. Dinsizlərin deyil, din düşmənlərinin, yəni İslam düşmanlarının da köməyi az olmadı. Bir mənada dini duyğularımın qüvvətlənməsinə vəsilə oldular.  Ən uyğun zamanda yaşadığıma inanıram. Köməkçilərim var olduqları sürəcə yazmağa davam edəcəm. Allah qismət edərsə”.  

Şairdən yadigar qalan çox maraqlı fikirlər var. Bu  fikirlərdən biri  də başqalarının kölgəsində gizlənən insanlara münasibətdə dediyi “Kölgədə olanın kölgəsi olmaz” fikridir. 

Şairim ən məhşur şeirlərindən biri də Qarabağa həsr olunub:  

Karabağ'a Mektup

Bahtına ağlayan Azeri kızı
Sen Karabağ dersin, ben karayazı
Boşlukta çırpınır Türk’ün avazı
Sanma ki dertlerin azı bizdedir
Sizdeki yaranın özü bizdedir.

‘Gel gardaş’ diyorsun gelecek yol yok
Şehitler kabrine koyacak gül yok
Çilesiz saat yok, kavgasız yıl yok
Kurşunlar sizdedir, sızı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Türkmen’e mi, Kırgız’a mı yanmadım
Tatar’a mı, Çerkez’e mi yanmadım
İmdat diyen bir söze mi yanmadım
Uygur’un,Özbek’in gözü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman, Türk olmak suçumuz bizim
Öfkeyle doludur içimiz bizim
Bir günde ağarır saçımız bizim
Yüz iki belanın yüzü bizdedir
Sizdeki yaranın özü bizdedir

Kendimizden koptu kendi bağrımız
Zulüm girdabında yandı bağrımız
Hedef tahtasına döndü bağrımız
Alevler sizdeyse közü bizdedir
Sizdeki yaranın özü bizdedir.

Komünizm sağırdı, demokrasi kör
Batıdan beslenir her türlü terör
Haçlı mumyaları uyandı bak gör
Kaç asrın silinmez izi bizdedir
Sizdeki yaranın özü bizdedir.

Birleşmiş milletler benzedi sirk'e
Sadistler musallat edildi şarka
İsrail Arap’a, Ermeni Türk’e
Kısmet bazı sizde, bazı bizdedir
Sizdeki yaranın özü bizdedir.

Yeni bir oyun var burada şimdi
Üçüncü piyonda sırada şimdi
Mitterand, Bush, Yeltsin nerede şimdi
Katilin, kalleşin pozu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Böyle geldi, böyle gitmez bu oyun
Zalimleri iflah etmez bu oyun
Umdukları gibi bitmez bu oyun
Mazlumun ekmeği, tuzu bizdedir
Sizdeki yaranın özü bizdedir.

Müslüman’ız, Türk’üz haktan yanayız
Adaletle süt emziren anayız
Aşk harcıyla vücut bulmuş binayız
Âti bizde saklı, mâzi bizdedir
Sevginin, şefkatin özü bizdedir.

22.03.1992          

 


Müəllifin digər yazıları

  1. Milli ziyalı Mobil Vəkiloğlu haqqında..
  2. “Qarabağa məktub” şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? (VİDEO)
  3. Müdriklik məbədgahı yaxud ustad Əli Əkbər Həsənzadə kimdir?
  4. Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
  5. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  6. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  7. Kərəm özünü necə "yandırdı?!..."
  8. Hacı Zakir Bayramov -70
  9. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  10. RAMİN QASIMOVU TANIYAQ
  11. Dostların ərk yeri Rasim Mirzəyev!
  12. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  13. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  14. Multikulturalizmin etnosiyasi çalarları
  15. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  16. Vəkil Akif Əlizadə haqqında...
  17. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  18. ƏRK QALASI !
  19. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  20. Ömür dedikləri bir karvan yolu...!
  21. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  22. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  23. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  24. Zeynəb ...duyğu və harmoniya!
  25. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  26. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9867 san