08:51 09 Avqust 2018
719 dəfə oxunub
Çap versiyası
...

 


Şamaxıda bədbəxt hadisə baş verib. 
 Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində Xınıslı kənd sakini 48 yaşlı Eldəniz Piriyev idarə etdiyi “VAZ 2106” markalı avtomobilinin sükanı arxasında ölü tapılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ürək problemi olan Eldəniz Piriyevin maşın sürərkən halının pisləşdiyi və avtomobili yolun kənarında saxladıqdan sonra dünyasını dəyişdiyi ehtimal olunur. Mərhumun meyiti nəqliyyat vasitəsindən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib. 

Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.

https://www.youtube.com/watch?v=zhpbnMSz8eI&feature=youtu.be


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6635 san