17:08 09 Avqust 2018
413 dəfə oxunub
Çap versiyası
...

Almaniyada 2006-2016-ci illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.

Strategiya.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.

Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.

2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrə güclü şəkildə hiss olunacağı təxmin edilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin onun toyuna getdi
18:43 18.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5368 san