08:47 10 Avqust 2018
383 dəfə oxunub
Çap versiyası
...

Artıq şəhərlərarası fəaliyyət göstərən avtobuslarda süni qiymət artımına yol verilməyəcək. Bütün bunlar avtomobil nəqliyyatı xidmətininsərnişin daşıyıcı şirkətləri qarşısında qoydugu tələblərdə öz əksini tapıb.tələblərə riayət edilməzsə sərt tədbirlər görüləcək. Bundan sonra sürücülərin ış rejimini də izləmək mümkün olacaq

Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətlər qarşısında sərt tələblər qoyub.

Xidmətin Mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə, tələblər artıq daşıyıca şirkətlərə göndərilib. Ən mühüm tələblərdən biri süni qiymət artımının qarşısının alınmasıvə sürücülərin yüksək təcrübəsinin olması ilə bağlıdır. Onun sölərinə görə, süni qiymət artımı ilə bağlı artıq monitorinqlərə başlanılıb və müşahidə qrupları yaradılıb.Daşıyıcı şirkətlərə göndərilən taariflər bütün avtonəqliyyat vasitələrində birmənalı olaraq avtobusların solununda vurulacaq ki, bu da süni qiymət artımın qarşısnın almaqa imkan yaradacaq.

Bundan başqa yenilənən tələblər nəticəsində sürcülərin iş saatınınvə istirahət rejiminə də nəzarət etmək olacaq.

Digər tələblərdən biri də avtonəqliyyat parkının tədricən yenilənməsidir. Çünki sərnidaşımada istifadə olunan avtobusların 77 %-inin yaşı 10 ildən artıqdır. Onun sözlərinə görə, 5 il müddətində bu hədd 10 ildən aşağı salınmalıdır. Daşıyıcı şirkətlər qarşıya qoyulan tələblərə əməl etməzlərsə onlara qarşı sərt tədbirlər görüləcək.

Daha uzaq məsafələrə hərəkət edən şəhərlərarası avtonəqliyyat vasitələrində sərnişinlərin asudə vaxtları da nəzərə alınıb. Həmin asudə vaxtlarda fərqli xidmətlər də təklif olunacaq. Avtobusların simsiz internet, çay, kofe və digər xidmətlərlə əhatə olunması daşıyıcı şirkətlər qarşısında tələb olaraq qoyulub.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5311 san