08:49 10 Avqust 2018
511 dəfə oxunub
Çap versiyası
...

Noyabrın 20-dən 24-dək Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın” operası oynanılacaq.

Strategiya.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində noyabrın 20-də, 22-də və 24-də Tomskinin, habelə intermediyada Zlatoqorun partiyalarını Azərbaycanın Xalq Artisti Elçin Əzizov (bariton) ifa edəcək. Həmin günlərdə German obrazında isə Azərbaycanın Xalq Artisti Yusif Eyvazov (tenor) çıxış edəcək.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7877 san