11:52 10 Avqust 2018
1034 dəfə oxunub
Çap versiyası
Səməd Vəkilov
Hüquqşünas

    Kiçik yaşlarımdan mənə dayaq olan,   atalıq qayğısı göstərən, əyninin təzə paltarını mənə  peşkəş verən, fədəkar bir insan haqqında bu gün söz deməyi özümə borc bilirəm. Ona görə yox ki, o mənim qardaşımdır. Ona görə ki, bu insan buna layiqdir.  Mobil Vəkiloğlu vətənpərvər Azərbaycan ziyalısıdır. Məlumatlılığı ilə əksəriyyətindən fərqlənən,  dünyanın etnosiyasi mənzərəsinin mahir bilicilərindəndir.   

Ailə üzvlərimizin   qayğısını  çəkmək də fədəkarlıq nümunəsidir. Mən onun bu gün ictimai keyfiyyətlərindən danışmaq istəyirəm.  80-ci illlərin sonlarından Azərbaycanda başlayan mili azadlıq hərakatının ilk iştirakçılarından olub Mobil Vəkiloğlu, milli oyanış hərəkatının ədəbi dərnək formasında ortalığa çıxan ilk təşkilatlarından sayılan   “Çənlibel”in dinləyicilərindən olub. Milli İstiqlal şairimiz X.R.Ulutürkün  1987-ci ildə dərc edilmiş “Məndən başlanır Vətən” adlı kitabında yer alan  “Çənlilbel” şeiri də  sözügedən  təşkilatın  milli mücadiləmizin  ilhamverici qüvvəsi olmasını bir daha  təsdiq edir. 

Mobil Vəkiloğlu   milli azadlıq mücadiləsinin ən qızğın vaxtlarında Uzaq Şərqdə əsgəri xidmət keçib.Əsgəri xidmətə gedəndə ailəmizin sevmədiyi bir müğənni haqqında (adını qeyd etməyi etik hesab etmirəm) mənə tapşırıq verdi ki, flankəs  oxuyanda televizoru söndürməyin o yaxşı oğlandı milli azadlıq hərakatına xeyli maliyyə yardımı edib.  Müharibənin ilk dönəmlərindən  könüllü batalyonun  tərkibində Ağdarədə gedən döyüşlərdə iştirak edib. Lakin heç vaxt müharibədə iştirakı ilə qürrələnməyib.  Mobil Vəkiloğlunun  düşüncəsinə görə,   torpaqlarımız işğaldadırsa,  bizim öyünməyə haqqımız yoxdur.  

Adının tarixçəsinə gəldikdə, bizim nəslimizin fədakar ömür yaşamış, sonradan Türkiyəyə mühacirət etmək zorunda qalmış Mobil bəy Vəkilovun adından götürülüb adı. Soyadının Vəkilovdan məhz milli türk sonluğuna Vəkiloğluya  keçməsi də onun vətənpərvər milli kimliyinə önəm verən bir şəxs olmasından xəbər verir. Dəyərli ziyalımız olan Mobil Vəkiloğlu haqqında bu kiçik məqalə onun fərdi və ictimai keyfiyyətlərinin kiçik bir hissəsini əhatə edir. Lakin mənim üçün bu yazı mənəvi borcumun yerinə yetirilməsindən doğan kiçik bir arzunun ifadəsidir. 


Müəllifin digər yazıları

  1. Milli ziyalı Mobil Vəkiloğlu haqqında..
  2. “Qarabağa məktub” şeirinin müəllifi Abdurrahim Karakoç kimdir? (VİDEO)
  3. Müdriklik məbədgahı yaxud ustad Əli Əkbər Həsənzadə kimdir?
  4. Alim öldü, aləm öldü: Türk dünyası nəhəng alim Fuad Sezgini itirdi
  5. Üçüncü şəxs kim olub? Polkovnik belə söyləyir!
  6. NƏDƏN XOCALIYA GEDƏ BİLMƏDİK?
  7. Kərəm özünü necə "yandırdı?!..."
  8. Hacı Zakir Bayramov -70
  9. Ömür dediklərin bir karvan yolu.... (Hacı Sədrəddinin xatirəsinə həsr edilir)
  10. RAMİN QASIMOVU TANIYAQ
  11. Dostların ərk yeri Rasim Mirzəyev!
  12. MÜDRİKLİK MƏBƏDGAHI – USTAD ƏLİƏKBƏR HƏSƏNZADƏ: Fotolar
  13. HƏSƏNİ TƏCİLİ HƏCCƏ GÖNDƏRİN...
  14. Multikulturalizmin etnosiyasi çalarları
  15. Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!
  16. Vəkil Akif Əlizadə haqqında...
  17. Tarixi yaddaşın gen daşıyıcısı Əhməd Vəkilov
  18. ƏRK QALASI !
  19. Məhkumluq, yaxud Məmməd ağa Şahtaxtinski və Əhməd bəy Ağayev bir-birini sevirdimi?
  20. Ömür dedikləri bir karvan yolu...!
  21. ANAN ÖLSÜN AY MARK, NADİRİ NƏ GÜNLƏRƏ SALDIN?!
  22. Sürayyə Ağaoğlu Türkiyənin ilk qadın vəkili - Fotolar
  23. Əhməd Cavad - Yol ver Türkün bayrağına!
  24. Zeynəb ...duyğu və harmoniya!
  25. Azərbaycanın ilk hüquq professoru Mustafa Ağa Vəkilovun 115 illk yubileyi tamam olur
  26. Sevda yolçusu ...
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7473 san