15:22 10 Avqust 2018
357 dəfə oxunub
Çap versiyası
...

Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonundakı evlərdən birinə quldurluq məqsədilə naməlum şəxsin daxil olması barədə məlumat verilib.

DİN-in mətbuat xidmətindən  bildiriblər ki, rayon polis idarəsinin hadisə yerinə gələn 6-cı polis bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, evdən mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyənləşdiriblər.

Quldurluğu törətməkdə şübhəli bilinən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum edilən Həzi İsayev olması müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8916 san