18:18 10 Avqust 2018
414 dəfə oxunub
Çap versiyası
...

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz Travego” markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb. Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 türk lirəsinin olduğunu bildirib.

Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 40 min ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9295 san