08:00 11 Avqust 2018
346 dəfə oxunub
Çap versiyası
...

Avrasiya neft-nəqliyyat dəhlizi Azərbaycan neftinin Avropaya tədarükü üçün ən rəqabətqabiliyyətli marşrutlardandır.

Strategiya.az bildirir ki, bunu Trend-ə "Sarmatia" Beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka deyib.

Onun sözlərinə görə, Avrasiya neft-nəqliyyat dəhlizinin hələlik çatışmayan yeganə hissəsi Brodı-Plotsk neft kəməridir: "Bu layihə reallaşdırıldıqdan sonra Xəzər ölkələri neftin Avropa ölkələrinə tədarükü üçün yeni etibarlı marşrut əldə edəcəklər. Bu il biz layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmişik. Əsaslandırmanın nəticələri onu göstərib ki, Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Layihəmiz tərəfindən təklif olunan marşrut digər mövcud marşrutlara münasibətdə rəqabətqabiliyyətlidir".

 

S.Skripka vurğulayıb ki, texniki-iqtisadi əsaslandırılma çərçivəsində layihənin özünün parametrlərinin optimallaşdırılması həyata keçirilib. Nəticədə nəqlolunmanın planlaşdırılmış gücü bir qədər azaldılıb. Boru kəmərinin ilkin keçirmə gücü ildə 30 milyon ton nəzərdə tutulsa da, daha sonra bu rəqəm 20 milyon tona salınıb.

Qeyd edək ki, Avrasiya neft-nəqliyyat dəhlizinin uzunluğu 377 kilometr təşkil edəcək. Onun 120 kilometri Ukrayna, 257 kilometri Polşa ərazisindən keçəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6858 san