08:36 13 Avqust 2018
1299 dəfə oxunub
Çap versiyası
...

Avqustun 9 və 10-unda şimal-qərb bölgəsinə yağan leysan yağışlarından yaranan sel ciddi fəsadlar törədib. Qax rayonunda körpülər dağılıb, təsərrüfatlara ziyan dəyib. Zaqatalada da yol və su hövzələri ziyan görüb. Bu gündən artıq fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Dünən axşam saatlarından başlayaraq Qax rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları çaylarda su səviyyəsini artırıb. Xüsusən Kürmük və Ərdəva çaylarında daşqınlar əmələ gəlib.

Çinarlı kəndini şəhərlə birləşdirən yeganə çıxış yolu, betondan quraşdırılmış keçidi sel-suları yuyub aparıb.Yerli bələdiyyə və müvafiq idarələr axşamdan texnikanın köməyi ilə kəndin sel təhlükəsi olan yerlərini mühafizə edib. Təcili ehtiyacı olanlar traktor və xüsusi texnika vasitəsilə daşınıb.

Zaqatalada da selin törətdiyi fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Aidiyyatı qurumlar tərəfindən gücləndirilmiş rejimdə iş aparılır.

Sel suları əsasən rayon mərkəzinə su ötürən su hövzələrinə də ciddi ziyan vurub. Nəticədə Rayon mərkəzində yaşayan 32 min əhaliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda Danaçı, Aşağı çardaqlar, Yevlax -Göybulaq -Gürcüstan magistral yolunun Lahic, Bəhmədli ərazisindən keçən hissəsində, eləcədə yeni massiv, Azərbaycan prospekti,Nemət Kusayev küçələrinin dağıntı olan hissələrində asfalt örtüyü yenilənir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6814 san