09:30 13 Avqust 2018
480 dəfə oxunub
Çap versiyası
...

Türk lirəsinin dollar qarşısında kəskin şəkildə ucuzlaşması bu ölkədən Azərbaycana gətirilən məhsulların qiymətinə necə təsir edə bilərmi. Çünki iki ölkə arasındakı ticarət dövriyyəsi məhz dollarla aparırılır. Əməkdaşlarımız ilk olaraq Türkiyədən Azərbaycana idxal edilən geyim və mebel bazarını araşdırıb.

Türkiyədə liranın kəskin dəyərini itirməsi hazırda Azərbaycanda satılan türk geyim məhsullarına təsir etməyib. Geyim məhsullarının Türkiyədən gətirən ticarətçilər deyir ki, satışdakı məhsullar əsasən lirənin dəyər itirməsindən əvvəl gətirilib. Amma bundan sonra gətirilən məhsullarda da elə bir ciddi qiymət fərqi olmayacaq. Çünki, Türkiyədən gətirilən mallar lirə ilə deyil dollarla alınır.

Satıcıların sözlərinə görə, lirənin dəyəri aşağı düşməsinə baxmayaraq ordan gətirilən tekstil mallarını qiymətlərini aşağı endirmək onlara sərf etmir

Tekstildən fərqli olaraq isə lirənin ucuzlaşması mebel bazarında qiymətlərə təsir göstərməsi gözlənilir

Sahibkar fikrini belə əsaslandırır ki, Türkiyədə mebel istehsalı əsasən yerli xammal əsasında aparılır. Yəni Türkiyə mebel üçün xaricdən xammal almadığı üçün məhsulun maya dəyərində artım olmur. Türk şirkətləri yerli pərakəndə satışı lirə ilə aparıb qiymət artımına getməsə, bunun müqabilində ixrac əməliyyatlarında dollara üstünlük versə bu daxili bazarla xaricə çıxardığı məhsulun arasında kəskin qiymət fərqi yaradır. Bunun isə xarici ticarət tərəfdaşlarına məntiqli izahı yoxdur. Əgər türk höküməti ixraca görə gömrük rüsumunu dəyişməsə türk məhsulu olan mebellərin qiymətində ucuzlaşma gözləniləndir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neftin qiyməti ucuzlaşır
10:10 18.09/2018
Neftin qiyməti
10:33 17.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1801 san