09:39 13 Avqust 2018
457 dəfə oxunub
Çap versiyası
...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:57 23.09/2018
Cəbhədən SON XƏBƏR
09:54 22.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
4.1073 san