12:26 13 Avqust 2018
513 dəfə oxunub
Çap versiyası
...

Mənzil İnşaatı Dövlət Agentliyi "Güzəştli mənzil” sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə avqustun 4-də satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.

Agentlikdən  verilən məlumata görə, "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar "Elektron hökumət” portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı 5 sentyabr 2018-ci il tarixində başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir.

"Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər”.

Məlumatda vurğulanır ki, avqustun 4-ü saat 16.00-dan etibarən avqustun 13-dək "Güzəştli mənzil” sistemininin satış modulunun sınaq versiyasından 12 679 dəfə istifadə olunub.

"Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı köməklik göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılıb. Mənzil seçimi prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallar ilə bağlı avqustun 4-dən etibarən MIDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, Satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti avqustun 31-dək davam edəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sürücülərin diqqətinə!
19:45 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7333 san