09:15 14 Avqust 2018
601 dəfə oxunub
Çap versiyası
...

Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanan konvensiya Prezident İlham Əliyevin səsləndirdiyi qazan prinsipinə tam cavab verir. Konvensiyanın imzalanmasını şərh edən ekspertlər hesab edir ki, bu sənəd Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam uyğundur və hər iki istiqamət üçün imkanlarımızı xeyli genişləndirəcək.

''Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında imzalanan konvensiya tarixi hadisə idi. Konvensiya Xəzər dənizini sülh, təhlükəsizlik və əməkdaşlıq hövzəsinə çevirdi''. Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov bildirib ki, konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirəcək. Çünki indiyədək xəzərin statusu ilə bağlı mövcud olan qaydalar bəzi hallarda müxtəlif layihələrin reallaşmasına mane olurdu.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, 20 ildən artıqdır ki, müzakirə mövzusu olan Xəzərin hüquqi statusunun həllini tapmasında Azərbaycanın danılmaz rolu var.Xüsusilə 2010-cu ildə Xəzəryanı ölkələrin bakıda keçirilən 3-cü sammitin yekun sənədin razılaşdırılmasına böyük töhfə verib. Elman Nəsirov vurğulayıb ki, razılığın əldə edilməsinə təkan verən məsələlərdən biri ölkələr arasında ikitərəfli əlaqələrin inkişafıdır. Bu mənada Azərbaycanın praktikası əsl nümunədir.

Xəzərin hüquqi statusu ilə bağlı sənədin imzalanması Azərbaycana ciddi iqtisadi dividentlər də qazandıracaq.Məsələ ondadır ki, yeni qaydalara əsasən boru kəmərlərinin çəkilişi zamanı bu yalnız kəmərin keçəcəyi ölkələr arasında razılaşdırılacaq.İndiyə qədər tənzimlənməyən Xəzərin hüquqi statusu Türkmənistanla Azərbaycan arasında sualtı Transxəzər Qaz Kəmərinin reallaşmasına mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. Sənədə əsasən ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər.Ekspert İlham Şaban qeyd edir ki, bu müddəanın Azərbaycan üçün xeyli faydası olacaq.

Görünən odur ki, Xəzərin hüquqi statusunu müəyyən edən sənədin imzalanması yaxın gələcəkdə hövzə ölkələri, xüsusilə də Azərbaycan üçün böyük dividientlər gətirəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5898 san