09:20 14 Avqust 2018
370 dəfə oxunub
Çap versiyası
...

Bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident seçkilərinə dövlət büdcəsindən təxminən 42 milyon lari (təqribən 16,5 milyon dollar) ayrılıb.

Bu barədə jurnalistlərə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya məlumat verib.

MSK sədrinin sözlərinə görə, bu vəsaitin 1,2 milyon larisi seçkilərlə bağlı treninqlərin təşkilinə, 9 milyonu prezidentliyə namizədlərin və onların səlahiyyətli nümayəndələrinin televiziya vasitəsilə təbliğatına sərf olunacaq.

T.Jivaniya bildirib ki, əvvəllər prezident seçkiləri üçün 39 milyon lari ayrılması planlaşdırılırdı. Bu məbləğ seçki marafonunun seçkilərə 60 gün qalmış elan olunduğu vaxta görə nəzərdə tutulmuşdu. Amma seçki marafonu daha tez elan edildi və bu da əlavə xərclərin yaranmasına səbəb olub.

Bununla belə T.Jvaniya seçkilər üçün nəzərdə tutulmuş vəsaitin artırılacağını da istisna etməyib.

Xətayi Əzizov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9007 san