12:48 14 Avqust 2018
514 dəfə oxunub
Çap versiyası
...



Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. 

ARB TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının 79-cu kilometrliyində - rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. 

Hacıqabul sakini 62 yaşlı Həsən Ağarəhimovun idarə etdiyi “Toyota” markalı avtomobil Salyan rayon sakini, 57 yaşlı Məhəmməd Manafovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində “Toyota”nın sürücüsü və onun həyat yoldaşı Hacıqabul sakini, 61 yaşlı Simuzər Ağarəhimova, eləcə də “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Qəzanın səbəbləri araşdırılır.

https://www.youtube.com/watch?v=pOreVuuf1Vg


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0029 san