14:32 15 Avqust 2018
433 dəfə oxunub
Çap versiyası
...

Genuya şəhərində avtomobil körpüsünün uçması təsadüf nəticəsində deyil, insan səhvi səbəbindən baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib. Onun sözlərinə görə, prokurorluq körpünün tikilməsi və ona xidmət göstərilməsi ilə bağlı işlərə dair sənədlər və ifadələr toplamalıdır. “Biz yalnız bir suala cavab verməliyik: bu nə üçün baş verib? Bu qarşımızda duran əsas məsələdir, buna görə lazımı işləri görəcəyik”, - deyə Kotsi əlavə edib.

İtaliyanın iqtisadi inkişaf naziri, baş nazirin müavini Luicci Di Mayo isə körpü faciəsinin bütün məsuliyyətini ölkədəki avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” kompaniyasının üzərinə qoyub. O bildirib, nazirlik artıq bu kompaniya ilə müqavilənin dayandırılması prosesinə başlayıb.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. Faciə zamanı körpüdə 30-dan çox nəqliyyat vasitəsi olub. Son məlumata görə, hadisə nəticəsində həyatını itirənlərin sayı 39 nəfərə çatıb.

Hazırda körpünün uçduğu yerdə axtarış-xilasetmə işləri davam edir. İnsidentlə bağlı Genuya şəhərində üç günlük matəm elan olunub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9608 san