17:24 15 Avqust 2018
286 dəfə oxunub
Çap versiyası
...

İmişli ərazisində yerləşən Qızıltəpə adlı yüksəklikdə qədim tarixə aid tapıntılar aşkar edilib. Milli Elmlər Akademiyasının nümayəndələri Azərbaycanda ilk dəfə olaraq Qızıltəpə ərazisində belə bir tikili ilə rastlaşdıqlarını bildiriblər. Həmçinin burada arxeoloqlar ilk dəfə yaşı min ildən çox olan təndir tiklisini də aşkar ediblər.

İmişlidə qədim tarixə malik olan bir neçə tarixi məkan mövcudur. Qızıltəpə adlı yerdə ilk dəfə olaraq qazıntılar aparılıb və unikal tarixi abidə üzə çıxıb.

Mütəxəssislərin apardığı müşahidələr zamanı Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Qalanın üst qatında aparılan qazıntı orta əsrlərə aid tarixi əşyaları üzə çıxarıb.

Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Eyni zamanda müşahidələr zamanı qalanın digər tarixi abidələrlə perpendikulyar yerləşməsi müəyyən edilib. Bundan başqa aparılan araşdırma zamanı yüksəkliyin ətrafında qala divarlarının qalıqlarına rast gəlinib. Həmçinin burada arxeoloqlar ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir tiklisini aşkar ediblər.

Qazıntının ilk mərhələsi bu yerin orta əsrlərə aid olduğunu göstərsə də arxeoloqlar hesab edirlər ki , dərin qatlarda daha qədim tarixə malik izlərə rast gəlmək olar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:57 18.09/2018
Şəmkirdə yanğın
08:50 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.882 san