17:28 15 Avqust 2018
321 dəfə oxunub
Çap versiyası
...

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilmiş qrafikə uyğun olaraq texniki baxışdan keçməlidir. Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verilib. Bu növ avtomobil sahibləri olan hüquqi və fiziki şəxslərə bir daha xəbərdarlıq olunur ki, nəqliyyat vasitələrini noyabrın 1-dək texniki baxışdan keçirməsini təmin etsinlər. Texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə olunması qanunverivcilikdə nəzərdə tutulub.

Dövlət Yol Polisi hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, Diaqnostika Mərkəzində növbə yaranmaması üçün əvvəlcədən avtomobil təsərrüfatı olan müəssisələr təsdiq edilmiş qrafikə uyğun olaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini təmin etsinlər.

Müasir texniki avadanlıqla təchiz edilən Diaqnostika Mərkəzi hər gün səhər saat 9.00-dan axşam saat 18.00-dək fasiləsiz fəaliyyət göstərir. Texniki baxışdan keçərkən avtomobilin əyləc sistemi, sükan idarəetmə mexanizmi, işıq sistemi, mühərrikin iş prinsipi, şüşəsilənlər və qanunla nəzərdə tutulmuş digər göstəricilər sürücünün iştirakı ilə yoxlanılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.107 san