17:51 15 Avqust 2018
1578 dəfə oxunub
Çap versiyası
...

Goranboyda həyətini narkoplantasiyaya çevirən 59 yaşlı kişi tutulub.

Rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Qubad Nağıyev, Xocalı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, öz həyətində kultivasiya və aqrotexniki qaydada qulluq etməklə ümumi çəkisi təxminən 70 kq-dan artıq olan çətənə kolları becərib.

Saxlanılan şəxs ifadəsində narkotik maddələri 4 ay öncə əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini deyib.

Səbəbi isə bədənində olan ağrıları sakitləşdirmək olub.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:57 18.09/2018
Şəmkirdə yanğın
08:50 18.09/2018
 
Xəbər başlıqları
19-09-2018
18-09-2018
17-09-2018
17.09.2018 Salam kəndimiz

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0484 san