21:12 15 Avqust 2018
342 dəfə oxunub
Çap versiyası
...

Qərbi Kaspi Universiteti qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün güzəştlər nəzərdə tutur.

Universitetdən bildirilib ki, bal intervalı 601-700 olan tələbələrə 100 faiz güzəşt ediləcək. Eyni zamanda, 551-600 arası bal toplayanlara 70 faiz, 501-550 arası bal toplayanlara 50 faiz, 451-500 arası bal toplayanlara 30 faiz, 380-450 arası bal toplayan tələbələrə isə 20 faiz güzəştlər ediləcək.

Güzəştlər barədə http://wcu.edu.az/az/news/view/yuksek-bal-toplayan-telebeler-ucun-nezerde-tutulmus-guzestler  linkində ətraflı məlumat verilir.

Qərbi Kaspi Universiteti yüksək bal toplayan tələbələrə müvafiq təqaüdlər də verəcək. Universitetdə 450-500 arası bal toplayanlara 50 manat, 501-550 arası bal toplayanlara 80 manat, 551-600 arası bal toplayanlara 100 manat, 601-650 arası bal toplayanlara 150 manat, 651-700 arası bal toplayan tələbələrə isə 200 manat təqaüd nəzərdə tutulur. IELTS və TOEFL sertifikatı olan tələbələr cari tədris ilində 25 faizdən 100 faizədək güzəştlərdən faydalana biləcəklər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.8169 san