08:01 16 Avqust 2018
361 dəfə oxunub
Çap versiyası
...

Avqustun 15-də 44-cü UEFA Super Kubokunun qalibi müəyyənləşib.

 Super Kubok uğrunda mübarizədə Madridin iki təmsilçisi – “Real” və "Atletiko” klubları qarşılaşıblar.

Hər iki Madrid təmsilçilərin səylərinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissədə daha yüksək əzmkarlıq göstərən “Real Madrid” komandası matçın 63-ci dəqiqəsində hesabda irəli çıxıb. Oyunun baş hakimi polşalı Şimon Marçinek cərimə meydançasının daxilində müdafiəçinin əllə oyununa görə "Atletiko Madrid" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan "kral klubu"nun kapitanı Serxiyo Ramos fürsəti əldən verməyib - 1:2.

Qoldan sonra irəli atılan Dieqo Simyonenin yetirmələri qarşılaşmanın 79-ci dəqiqəsində istəklərinə nail olublar. Dieqo Kosta özünün və komandasının ikinci qolunu vurub.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Əlavə olunan ilk hissənin 8-ci (98-ci) dəqiqəsində "Atletiko Madrid" yenidən hesabda irəli keçib. Rafayel Varanın müdafiədə etdiyi kobud səhvi Saul Niqes bağışlamayıb - 3:2. Qoldan beş dəqiqə sonra “Atletiko” hesab arasındakı fərqi artırıb. Dieqo Kosta, Vitolo, Koke kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb və komandası üçün həlledici qolu vurub - 4:2. Bu qol oyunda sonuncu olub.

Beləliklə, "Atletiko Madrid" klubu tarixində üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7738 san