11:55 16 Avqust 2018
354 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın xam neft ehtiyatları yenidən artıb.

Strategiya.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,8 milyon barrel (1,7 faiz) artaraq 414,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 1,4 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 233,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,6 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,9 milyon barrel artmışdı.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2018
19-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6057 san